Şahramanyan tezliklə ictimaiyyətə açıqlama verəcək

19 Oktyabr 2023 19:05

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxaraq İrəvana qaçmış "artsax prezidenti" Samvel Şahramanyan tezliklə ictimaiyyətə açıqlama verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "artsax informasiya qərargahının" məlumatında deyilir.

Qeyd olunur ki, Şahramanyan yaxın vaxtlarda ictimaiyətə çıxışında müxtəlif məsələlərə toxunacaq.

Milli.Az