Messidən Neymara DƏSTƏK

19 Oktyabr 2023 20:51

Dünya çempionu Argentina millisinin və Amerikanın "İnter Mayami" komandasının 36 yaşlı hücumçusu Lionel Messi sosial şəbəkələrdə Braziliya millisinin 31 yaşlı hücumçusu və Əl-Hilal Neymara dəstək olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Neymar dünya çempionatının seçmə mərhələsinin Braziliya millisinin Uruqvay ilə qarşılaşmasında ağır diz zədəsi alıb və əməliyyat olunacaq.

Messi yazıb: "Sənə çox güc arzulayıram".

Neymar Uruqvaya qarşı 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika turnirinin dördüncü tur oyununda zədələnib. Braziliyalılar 0:2 hesabı ilə məğlub olublar. Neymar ən azı altı ay yaşıl meydanlardan kənarda qala bilər.

Milli.Az