"MacBook"ların daha yaxşı ekranları olacaq

17 May 2012 20:02
Milli.Az "CNET News"ə istinadən bildirir ki, bunu "NPD DisplaySearch"in analitiki Riçard Şim deyib.

Şimin sözlərinə görə, "MacBook Pro" noutbukunun 15,4 düymlük ekranı 2880x1800 piksel olaraq "Apple"a 160 dollara başa gələcək.
"MacBook Air"in 13,3 düymlük ekranı isə 2560x1600 piksellik ekranı isə 134 dollar olacaq.

Hazırda 15 düymlük "MacBook Pro" və 13 düymlük "MacBook Air" noutbuklarında 1440x900 piksellik ekranlardan istifadə olunur. Həmin ekranın hər biri "Apple"a 68-69 dollara başa gəlir.

Milli.Az