İsrail Qasım Süleymaninin heykəlini vurdu

19 Oktyabr 2023 17:10

İsrail Hərbi Hava Qüvvələri bu gün səhər Livanın sərhədyanı ərazilərinə hava zərbələr endirib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, İsrailin zərbələrinin hədəflərindən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit Əl-Qüds xüsusi təyinatlı qüvvələrininin keçmiş komandanı Qasım Süleymaninin abidəsi olub. 

Hücum nəticəsində Kfar-Killada ucaldılan iranlı generalın heykəli dağılıb. 

Milli.Az