Məşhur futbolçu itkin düşdü

19 Oktyabr 2023 13:37

İsveçin "Norrçepinq" komandasında çıxış edən Emil Robak itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, müqavilə ilə İtaliyanın "Milan" klubuna məxsus olan 20 yaşlı hücumçudan 14 gündür xəbər yoxdur.

"Norrçepinq" və onun ailəsi oyunçunun başına nə gəldiyini bilmirlər.

Qeyd edək ki, Emil Robak 2020-ci ildə "Milan"a keçib. Onun İsveç klubu ilə müqaviləsinin müddəti noyabrda başa çatacaq.

Milli.Az