Bayden İsraillə bağlı bu suala cavab verə bilmədi - VIDEO

19 Oktyabr 2023 15:41

ABŞ prezidenti Co Bayden İsrailin müharibə qanunlarına uyğun hərəkət edib etmədiyi sualına cavab vermək əvəzinə mətbuat mənsubları ilə görüşünü yekunlaşdırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail səfərindən qayıdarkən təyyarədə mətbuata açıqlama verən ABŞ prezidenti Bayden "Sizcə İsrail müharibə hüquqlarına görə savaşır?" sualını cavablandırmaq əvəzinə "Sizinlə danışmaq xoş idi" deyib. O, jurnalistlərlə görüşü belə yekunlaşdırıb.

Bayden İsrailin Qəzzaya qarşı həyata keçirəcəyi mümkün quru əməliyyatını ləğv etmə ehtimalı ilə bağlı alternativlərin müzakirə edildiyini də qeyd edib.

Nərmin
Milli.Az