Türkiyə və İran XİN başçıları görüşüblər

18 Oktyabr 2023 22:35

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası çərçivəsində baş tutub.

Milli.Az