Ersin Tatar Azərbaycan xalqını təbrik etdi

18 Oktyabr 2023 22:15

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə X sosial şəbəkə hesabında paylaşım edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paylaşımda qeyd edilib: "Qədim qardaşlıq bağlarımız olan Can Azərbaycanın 32-ci Müstəqillik Gününü ürəkdən təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına uğurlarla dolu firavan günlər arzulayıram".

Milli.Az