Süni zəka iqtisadi böhrana səbəb ola bilər

18 Oktyabr 2023 22:17

ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Gary Gensler xəbərdarlıq edib ki, tənzimlənməyən süni zəka istifadəsi səbəbilə yaxın 10 il ərzində baş verəcək iqtisadi böhran qaçılmazdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, G.Genslerin sözlərinə əsasən İT sahənin bütün təmsilçiləri eyni süni zəka texnologiyalarına əsaslansalar, bu, kütlə davranışına səbəb olacaq. SEC sədrinin fikrincə insanlar gələcəkdəki iqtisadi böhranda konkret süni zəka sistemlərini günahlandıracaqlar.

O süni zəka sistemləri hansılara ki, insanlar hal hazırda özləri güvənirlər. SEC sədri bildirib ki, maliyyə sahəsi hal hazırda aktiv şəkildə süni zəka texnologiyalarının inteqrasiyasını reallaşdırır. Tənzimləmə sistemi isə bunu idarə etməyə hələ hazır deyil.

SEC-in səlahiyyətləri süni zəkanı deyil, maliyyə sahəsini əhatə edirlər. G.Gensler süni zəkanın idarə olunmayan inteqrasiyası səbəbilə baş verə biləcək iqtisadi böhranın qarşısını almaq üçün bu mövzuda qanun çərçivəsində tədbirlərin görülməsinə söz verib.

Milli.Az