"Pinterest"ə qiymət qoyuldu

17 May 2012 15:42
Yaponiyanın ən böyük internet-dükanı "Rakuten" sosial şəbəkəyə 50 milyon dollar sərmayə yatırmağa hazırlaşır.

Milli.Az "AllThingsD"a istinadən bildirir ki, ümumiyyətlə isə sosial şəbəkə 100 milyon dollar investisiya cəlb edə bilər. Belə olan təqdirdə, "Pinterest"in ümumi dəyəri 1,5 milyard dollara qalxacaq.
"Rakuten Ichiba" 1997-ci ildə yaradılıb və indi dünyanın ən böyük riteylerindən biridir. "Rakuten" ötən il 4,7 milyard dollar mənfəət əldə edib.

"Pinterest" sayta "pin" adlanan fotoşəkillər yükləməyə imkan verir.

Birləşmiş Ştatlarda "Pinterest" populyarlıq baxımından "Facebook" və "Twitter"dən geri qalır.

Milli.Az