Siyasət Əsgərovun komandası səfərdə “Fənərbağça”ya qalib gəldi

18 Oktyabr 2023 17:35

Qadın futbolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, tur çərçivəsində azərbaycanlı baş məşqçi Siyasət Əsgərovun çalışdırdığı "Fomget" "Fənərbaxça"nın qonağı olub.

Təmsilçimizin komandası matç 1:0 hesablı qələbə ilə başa vurub. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Olqa Ovdiyçuk fərqlənib.

Nəticədə 7 oyundan sonra xalını 21-ə yüksəldən "Fomget" Superliqanın vahid liderinə çevrilib.

Qeyd edək ki, Siyasət Əsgərov, eyni zamanda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisidir.

Milli.Az