“Arvadıma söz vermişəm, danışa bilmərəm” - Bilal Əliyev - VİDEO

18 Oktyabr 2023 16:57

Xalq artisti Bilal Əliyev "Rəngarəng səhər" verilişində qonaq olub.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi aparıcıların ona ailəsi ilə bağlı ünvanladığı sualları cavabsız qoyub. 

O, bunu həyat yoldaşına verdiyi sözlə əlaqələndirib: "Ümumiyyətlə o barədə heç vaxt danışmaq istəmirəm. Zamanı gələndə hər şey görünəcək. Azərbaycan Çin kimi elə də böyük yer deyil ki, hamı bir-birini tanımasın. Bir gün yoldaşım mənə dedi ki, "Xahiş edirəm, ailəmiz haqda heç vaxt, heç yerdə danışma". Hardan bilisiniz, bəlkə mənim övladım, nəvəm xarici ölkədə yaşayır".

Milli.Az