“Qalatasaray” Azərbaycanı təbrik etdi - FOTO

18 Oktyabr 2023 15:29

"Qalatasaray" futbol klubu Azərbaycanı 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə klubu bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dost və qardaş ölkə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü mübarəkdir", - paylaşımda qeyd olunub.

Milli.Az