Samiraldodan Pərvinə: Yeganə qızsan ki, məni ehtiraslandırırsan - VİDEO

18 Oktyabr 2023 13:59

Aktrisa Pərvin Abıyeva 33 yaşını qeyd edib.

Milli.Az yenisabah.az-a istinadən  xəbər verir ki, sənətçi doğum günü münasibətilə öz villasında məclis təşkil edib.

Cəmi 20 nəfər - müğənni Səidə Sultan, Samiraldo, stilist Fərid Bağırov, jurnalistlər Əfruzə Ağayeva, Pərviz Hüseyn və digərləri dəvət olunub.

Məclisdə Samiraldonun təbriki diqqəti özünə çəkdirib.

O deyib: "Sən həmişə gözəlsən, həmişə maraqlısan. Yeganə qızsan ki, məni ehtiraslandırırsan. Sən ən bahalı Barbisən, ölkənin ən bahalı Barbisi..."

Milli.Az