Moskvadan Paşinyanın AP-də çıxışına reaksiya: Böyük addımlarla Zelenskinin yolu ilə gedir - YENİLƏNİB

18 Oktyabr 2023 13:44

Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı "Ukrayna nömrə 2" hesab etsək, Ermənistanı necə "Ukrayna nömrə 3"-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir", - mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.

----------

12:37


Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS Moskvadakı yüksək çinli mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Paşinyan böyük addımlarla Zelenskinin yolu ilə gedir.

Milli.Az