Model bacılar ölümlə hədələnir

18 Oktyabr 2023 14:53

Fələstin əsilli amerikalı məşhur supermodellər Cici, Bella Hadid və ailəsi Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqelərindən sonra ölümlə təhdid olunurlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, TMZ-nin məlumatına görə, təhdidlərdən sonra onların ailə üzvləri telefonlarını dəyişməli olub. Modellərin atası Məhəmməd Hadid isə təhlükəsizlikləri üçün FTB-yə (Federal Təhqiqat Bürosu) müraciət edəcəyi bildirilir.

Qeyd edək ki, İsrail hökuməti Cicini antisemitizmdə (yəhudi düşmənçiliyi - red.) ittiham edib.

Milli.Az