BMT hücumla bağlı təcili iclas keçirəcək

18 Oktyabr 2023 07:27

BMT Təhlükəsizlik Şurası Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün sabah təcili iclas keçirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin sözçüsü məlumat yayıb.

O açıq formatda keçiriləcək görüşün saat 10.00-da baş tutacağını bildirilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının təcili iclasını Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün çağırıb.

Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində azı 500 nəfərin öldüyü açıqlanıb.

Milli.Az