"Eurovision" iştirakçılarının ikinci məşqləri başlayıb

17 May 2012 13:04
Trend-in məlumatına görə, 13 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Monteneqro təmsilçisi Rambo Amadeus başlayıb.

Məşqlərdən sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.

Gün boyu davam edəcək məşqlərdə həmçinin İslandiya, Yunanıstan, Latvia, Albaniya, Ruminya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino, Kipr, Danimarkadan olan təmsilçilər iştirak edəcəklər.

Milli.Az