HƏMAS İsrailə cavab zərbəsi endirdi

17 Oktyabr 2023 23:52

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına raket zərbələri endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.

"Əl-Qəssam Briqadası mülki şəxslərə hücuma cavab olaraq Ramon hava bazasına raket zərbələri endirib", - məlumatda deyilir.

Qeyd edək ki, İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasına raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.

Milli.Az