Fələstində 3 günlük matəm elan edildi

17 Oktyabr 2023 23:49

Xəbər verdiyimiz kimi, İsrailin atdığı raketlərdən biri Qəzza zolağında xəstəxanaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.

Milli.Az