"Bəli, biz vurmuşuq" - İsrail məşum cinayəti ETİRAF ETDİ

17 Oktyabr 2023 23:43

İsrail ordusu Qəzza zolağında xəstəxanaya hücumda iştirakını etiraf edib.

Milli.Az bildirir ki, İsrail Ordusunun sözçüsü Afixay Adrai deyib: " Biz Əl Maamdani, Əl Əhli, Əl Ərəbi və digər beş xəstəxananı HƏMAS tərəfindən təhlükəsiz sığınacaq kimi istifadə etməmələri üçün xəbərdar etmişik", - deyə İDF sözçüsü Avixay Adrai bildirib.

Fələstinin Qəzza bölgəsindəki Əl Əhli xəstəxanasına raket hücumu nəticəsində 1000-ə yaxın insan həlak olub. Həlak olanların əksəriyyəti xəstəxananın pasiyentləridir. Onların arasında uşaqlar çoxdur. Bundan başqa, xəstəxana binasına və yaxınlıqdakı məktəbə sığınmış fələstinli qaçqınlar da həlak olublar.

Milli.Az