Rusiya DİN rəsmisi İrəvanda ölü tapıldı

17 Oktyabr 2023 16:20

İrəvanda Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini Vyaçeslav Ponomaryov iş yerində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumat "Sputnik"ə nümayəndəlikdən təsdiqlənib.

Vyaçeslav Ponomaryov 37 yaşı var idi.

Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Milli.Az