Maksim Qalkin Bakıya gəlir

17 Oktyabr 2023 19:56

Məşhur komediya ustası, müğənni Maksim Qalkin yenidən Bakıya gələcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şoumen "Gözəllik uzaqda deyil" adlı yeni konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Tədbir 2024-cü il fevralın 9-da keçiriləcək.

Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin bu ilin fevralında Bakıda konsert vermişdi.

Xatırladaq ki, M.Qalkin ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb.

Milli.Az