İranda 5,5 ballıq zəlzələ oldu

17 Oktyabr 2023 10:20

İranın cənubunda Hörmüzgan vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji xidməti (USGS) yayıb. 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Bildirilir ki, yeraltı təkanların episentri Bender-Abbas şəhərindən 62,8 kilometr şimalda yerləşib. Sözügedən şəhərdə isə 352 min sakin yaşayır. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az