HƏMAS-ın məhz indi hücum etməsi təsadüf deyil - Nazir

17 Oktyabr 2023 08:56

Rusiya ilə müharibədə Ukraynaya kömək etmək hətta İsrail-Fələstin münaqişəsi başlayandan sonra da sivil dünya üçün prioritet olaraq qalır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

"Mən bunun təsadüf olduğunu düşünmürəm. Biz öz müdafiəmiz üçün daha çox səy göstərməyə hazır olmalıyıq. Və prinsiplərimizə sadiq qalmalıyıq. Biz bütün münaqişələrə və bizi təhdid edən hər şeyə diqqət yetirməliyik. Ona görə də Ukrayna hələ də birinci yerdədir", - o bildirib.

Milli.Az