Qəzzaya humanitar hava dəhlizi açılır

17 Oktyabr 2023 07:24

AB Misir üzərindən Qəzza zolağına humanitar yardım üçün hava dəhlizi açacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Qəzzada olan fələstinlilərin humanitar yardıma ehtiyacı var. Onlar HƏMAS-ın barbarlığının bədəlini ödəyə bilməzlər. Bu səbəbdən Misir üzərindən Qəzzaya humanitar yardım dəhlizi yaradırıq. İlk iki uçuş bu həftə həyata keçiriləcək", - Leyen bildirib.

Milli.Az