Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

16 Oktyabr 2023 23:12

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin videokonfrans vasitəsilə Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn "Qafqaz" yolunun açılışını edib.

Rusiya Prezidenti bu yolun "Şimal-Cənub" dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.

Milli.Az