Paşinyan Fransaya getdi

16 Oktyabr 2023 16:14

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfərə yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.

O, Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə görüşəcək. Hər iki rəsmi mətbuata birgə bəyanatla çıxış edəcək.

Nikol Paşinyanın başqa görüşləri də gözlənilir.

Milli.Az