Azərbaycanda gənclərin sayı azalır - ARAŞDIRMA

16 Oktyabr 2023 14:28

Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlinə aid olan məlumata əsasən, ölkəmizdə gənclərin sayı ötən ildə də azalıb. 

Son 13 ilin məlumatlarının müqayisəsinə əsasən, ölkəmizdə ən çox gənc 2010-cu ildə olub. Həmin ildə ölkə vətəndaşlarının 2,825 milyonu gənc olub ki, bu da ümumi əhalinin 31,4 faizinə bərabər idi.

2010-cu ildən sonra gənclərin sayında və ölkə əhalisinə olan nisbətində davamlı azalma baş verib. On üç illik müqayisə göstərir ki, 2022-ci ilin sonunda gənclərin sayı 530 min nəfər, əhali sayında payı isə 8,7 faiz bəndi azalıb. 

2023-cü ilin əvvəlinə aid olan məlumata əsasən,gənclərin 760 mini 25-29 yaşda, 729 mini 15-19 yaşda, 640 mini 20-24 yaşda, 166 mini 14 yaşda olan vətəndaşlardır. 
Gənclərin 48,3 faizini qadınlar, 51,7 faizini kişilər təşkil edir. 

Milli.Az