Əhməd Əhmədzadə: “İmişlinin iki kəndindən əhalinin köçürülməsinə ehtiyac var”

18 May 2010 18:39
Baxışdan sonra jurnalistlərə açıqlama verən Əhməd Əhmədzadə Sarısu gölündə vəziyyətin kritik olduğunu deyib: "Biz gölün suyunu hansı istiqamətə axıtmağın mümkünlüyü barədə düşünürük. Əsas odur ki, suyu idarə edə bilək ki, ziyan vurmasın".

Ə. Əhmədzadə keçirilən baxışın nəticələrinə əsasən deyib ki, İmişlinin Allahmədədli və Telişli kəndlərinin əhalisinin köçürülməsi məqsədəuyğundur: "Çünki o kəndlər Sarısu gölünün yaxınlığında yerləşir. O biri tərəfdən isə Kürə yaxındırlar. Təhlükəsizlik baxımından köçürülmə məqsədəuyğundur".

ASC prezidenti onu da deyib ki, Sarısu gölü Kürlə təmasda olduğu üçün orada vəziyyət kritikdir. O, suyun daşmasının qarşısının alınması üçün tədbirlərin davam etdirildiyini də bildirib.

/APA/