Başqa ölkənin vətəndaşı olan fələstinlilər Misir sərhədini keçə biləcəklər

16 Oktyabr 2023 12:01

Başqa ölkənin vətəndaşı olan fələstinlilər yerli vaxtla oktyabrın 17-də saat 09:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) Misir sərhədindən keçə biləcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "NBC News"a Fələstinin Misirdəki səfirliyinin nümayəndəsi Kamil Xətib deyib.

Telekanal diplomata istinadən qeyd edib ki, bu müddətdə humanitar yardımlar da Qəzzaya çatdırılmağa başlayacaq.

Milli.Az