Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaq? - XİN-dən AÇIQLAMA

16 Oktyabr 2023 10:30

Hazırda Azərbaycan vətəndaşlarının İsraildən təxliyə olunması planlaşdırılmır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

"Təxliyə ilə bağlı kütləvi müraciətlər yoxdur. İstəyənlər mütəmadi reyslərlə gəlirlər", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Milli.Az