İordaniyanı qum fırtınası bürüdü

16 Oktyabr 2023 20:39

İordaniyada qum fırtınası şəhəri bürüyüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təbii fəlakət paytaxt Əmmanın təxminən yüz kilometrliyində yerləşən Azraq şəhərində yaşanıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda şəhərin narıncı-qırmızıya bürünməsi, fırtına səbəbindən yollarda görmə məsafəsinin kəskin azalması əks olunub.

Milli.Az