ABŞ İsrail və Ukrayna üçün 2 milyard ayıra bilər

15 Oktyabr 2023 20:25

ABŞ administrasiyası Ukrayna, İsrail və digər ehtiyaclara yardım üçün 2 milyard dollardan çox vəsait tələb etmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Bura Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumaq, həmçinin terrorçularla mübarizədə İsrailə özünü müdafiə etmək üçün lazımi silahlar daxil olacaq",- o bildirib.

Milli.Az