İran XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir

15 Oktyabr 2023 20:09

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı çərşənbə günü Ciddədə keçirilməsi planlaşdırılan fövqəladə iclasında iştirak edəcəyini bildirib.

Milli.Az