İranda SEPAH-ın yüksək rütbəli zabitinə qarşı sui-qəsd olub

15 Oktyabr 2023 15:42

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli kəşfiyyat zabiti Məhəmməd Akikinin həyatına cəhd edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "la Repubblica" məlumat yayıb.

Qeyd olunur ki, zabit sui-qəsd zamanı aldığı ağır xəsarətlərdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu ağır qiymətləndirilir.

Hələlik başqa təfərrüatlar verilmir.

Milli.Az