Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması

15 Oktyabr 2023 14:20

"Ukraynanın əks-hücumu tamamilə uğursuz olub".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" telekanalında yayımlanan "Moskva.Kreml.Putin" verilişinə müsahibəsində bildirib.

O, Ukraynanın cəbhənin müəyyən məntəqələrində yeni hücum əməliyyatları hazırladığını söyləyib: "Rusiya rəhbərliyi Ukrayna hərbçilərinin cəbhə xəttinin müəyyən məntəqələrində hazırladığı yeni hücum fəaliyyətlərindən xəbərdardır. Biz bunu görürük, bilirik və buna uyğun reaksiya veririk". 

Milli.Az