İsraildəki ABŞ vətəndaşları belə təxliyyə ediləcək

15 Oktyabr 2023 14:53

ABŞ vətəndaşlarının və onların birinci dərəcəli qohumlarının sabah dəniz yolu ilə İsraildən Kipr Yunan Respublikasına təxliyyə ediləcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ABŞ-nin İsraildəki səfirliyi açıqlama yayıb.

Açıqlamada təxliyyənin dəniz yolu ilə İsrailin şimalındakı Hayfa limanından Cənubi Kiprin Rum tərəfinə aparılacağı bildirilib.

"İsrail daxilində təxliyyə öz riskinizlə həyata keçirilir və təhlükəsizlik vəziyyətindən asılı olaraq planlar dəyişə bilər", - qeyd olunub.

Milli.Az