Prezident Ağdərədə Bayrağımızı ucaldıb - VİDEO - FOTO

15 Oktyabr 2023 12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sonra dövlətimizin başçısı əraziyə baxdı.

Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.

Milli.Az