Ukrayna yeni əks-hücuma hazırlaşır - Putin

15 Oktyabr 2023 11:46

Ukraynanın əks-hücum əməliyyatı tamamilə uğursuz olub, amma buna baxmayaraq, Kiyev cəbhənin müəyyən sektorlarında yeni aktiv hücum əməliyyatları hazırlayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Dayandığı iddia edilən əks-hücuma gəlincə, o, tam iflasa uğradı. Bilirik ki, hərbi əməliyyatların müəyyən ərazilərində qarşı tərəf yeni aktiv hücum əməliyyatları hazırlayır. Biz bunu görürük və buna uyğun reaksiya veririk", - Putin bildirib.

Milli.Az