BŞ-dan İsrailə çağırış: Müharibə qaydalarına əməl et!

15 Oktyabr 2023 12:19

ABŞ İsraili Qəzza zolağında pisləşən humanitar böhranla əlaqədar müharibə qanunlarına əməl etməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, çağırış ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı arasında baş tutan telefon danışığında səsləndirilib.

"Ostin müharibə qanunlarına riayət etməyin vacibliyini, o cümlədən mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəlikləri, həmçinin Qəzzada pisləşən humanitar böhranı müzakirə edib", - açıqlamada deyilib.

Eyni zamanda, Ostin ABŞ-ın İsrailə davamlı dəstəyinə sadiqliyini vurğulayıb və İsrail ordusuna silah tədarükünün davam etdiriləcəyini bildirib.

Milli.Az