Belqorod üzərində Ukrayna PUA-sı vuruldu

14 Oktyabr 2023 20:44

Rusiyanın Belqorod vilayətinə PUA ilə növbəti hücuma cəhd edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Ukraynaya məxsus PUA Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Milli.Az