İki uşaq atası intihar etdi

14 Oktyabr 2023 20:33

Qusarda intihar hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə İmamqulukənd kəndində qeydə alınıb. Kənd sakini Bahadur Fətulla oğlu Rüstəmov yaşadığı evin bağ sahəsindəki ağacdan özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, mərhumun 2 övladı var. Onun tez-tez spirtli içki qəbul etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az