Livan ərazisindən İsrailə hücumlar olub

14 Oktyabr 2023 18:39

Livan ərazisindən İsrailə hücumlar olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsraildəki Dov dağı istiqamətində zərbələr endirilib.

Təfərrüatlar hələ ki, məlum deyil.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Milli.Az