""Qalatasaray"la "Fənərbaxça" arasında baş tutacaq Türkiyə Süper Kuboku oyununu Azərbaycan keçirmək istəyir. Ancaq onlarda pul yoxdur".
Milli.Az azxəbər-ə istinadla bildirir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi deyib.
O matçın Səudiyyə Ərəbistanında baş tutacağını söyləyib:
"Bizdən soruşurlar ki, "Superkubok matçı niyə Səudiyyə Ərəbistanında keçiriləcək?". Biz əvvəlcə klublarımızla danışdıq, dedilər ki, razıyıq. Bundan sonra Səudiyyə Ərəbistanı ilə danışıqlara başladıq. Hazırda Səudiyyə Ərəbistanında matçların keçirilməsi təkcə iqtisadi deyil, həm də imic baxımından çox dəyərlidir. Neymar, Ronaldo və bir çox dünya ulduzları Səudiyyə Ərəbistanında oynayır. Səudiyyə Ərəbistanı italyanlar və ispanlarla 5 illik müqavilə bağlayıb. Baş hakimimiz Halil Umut Meler də Səudiyyə Ərəbistanında baş tutan görüşü idarə edib. Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına namizəddir. Onlar 90 faiz qalib olacaqlar. Biz də dəstəyimizi bildirdik".
O deyib ki, Almaniya və İngiltərə təhlükəsizlik səbəbindən matça icazə verməyib:
"Superkuboku Almaniyada keçirmək istəyirdik. Almaniya təhlükəsizlik səbəbi ilə iki türk komandasının oyun keçirməsinə icazə verməyib. Dedik ki, gəlin bunu İngiltərədə edək. Eyni vəziyyət yarandl. Heç bir Avropa ölkəsi buna icazə vermədi.
Federasiya prezidenti Azərbaycan haqda isə qəribə açıqlama verib:
"Azərbaycan "oyunu gəlin burada keçirin" deyir, ancaq orada da pul yoxdur. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun brend dəyərinə faydalı olacaq".
Federasiya prezidentinin Azərbaycanla bağlı sözləri sosial şəbəkələrdə etirazla qarşılanıb. İstifadəçilər "Azərbaycan istəsə, canımızı da verərik" tipli şərhlər yazıblar.
Milli.Az