Şimali Kiprdə Azərbaycan evi açılacaq

14 Oktyabr 2023 13:59

Azərbaycanla mədəni sahədə də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Bu baxımdan Şimali Kiprin Girne şəhərində Azərbaycan evinin açılması planlaşdırılır .

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Bakıda media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar deyib.

O əlvə edib ki, Şimali Kiprdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək.

Milli.Az