Ermənistan prezidenti Roma Statutunu imzaladı

14 Oktyabr 2023 13:39

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə prezidentin saytında məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin haqqında 17 martda həbs qərarı çıxarıb. Roma Statutunu ratifikasiya edən ölkələrə səfər edən Putinin həbs edilməsi mütləqdir.

Milli.Az