Xərçəngin bu növü 2 il sonra BİLİNİR

15 Oktyabr 2023 00:45

Britaniyanın Surrey və Oksford universitetlərinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, mədəaltı vəzin xərçəngi yarandıqdan 2 il sonra əlamətlərini büruzə verir.

Milli.Az lent.az-a istinadən bildirir ki, alimlər bildiriblər ki, xərçəng xəstəliyinin ən yayılmış əlaməti birdən-birə kəskin arıqlama, diabet xəstəliyi olmadan qanda şəkərin səviyyəsinin yüksəlməsidir.

Həkimlər mədəaltı vəzdə yaranan xərçəngin ən mürəkkəb xəstəlik olduğunu bildiriblər. Çünki ona öncədən diaqnoz qoymaq və müalicə etmək çətindir.

Milli.Az