SAXAL: “120-dən çox mülki şəxs HƏMAS-ın əsirliyindədir” - FOTO

14 Oktyabr 2023 12:18

Qəzzada 120-dən çox mülki şəxs Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən əsir götürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "X" sosial şəbəkəsində məlumat verilib.

"SAXAL Qəzzada 120-dən çox dinc sakinin HƏMAS terror təşkilatı tərəfindən əsir götürüldüyünü təsdiqləyib", - deyə məlumatda bildirilir.

Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Milli.Az