Ata ondan pul istəyən oğlunu öldürdü - FOTO

14 Oktyabr 2023 10:11

Türkiyədə atanın oğlunu öldürməsinin səbəbi məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə hadisəni törədən Nurettin O. polisə verdiyi ifadəsində bildirib. Onun sözlərinə görə, oğlu mütəmadi olaraq ondan pul istəyirmiş:

"Oğlum işləmirdi. Daim məndən pul istəyirdi. Bu səbəblə tez-tez aramızda münaqişə yaranırdı. Çox vaxt o, məni döyürdü. Artıq bezmişdim".

Nurettin O. barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Milli.Az